Hacıqabulda ana və oğlunu maşın vurub.
Yenicag.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Meyniman kəndində qeydə alınıb. Avtomobil ana və 13 yaşlı oğlunu vurub. Nəticədə ana ölüb, uşaq isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.