Ana və övladı doğuş zamanı öldü

bd8db282d9562a83dfad8fe829114d9e (1)Tovuzda ana və övladı doğuş zamanı ölüb.

Rayonun Qovlar şəhər sakini 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.

L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)