Ana vəfat etmiş qızı ilə virtual reallıqda görüşdü – DƏHŞƏTLİ ANLAR/VİDEO

Cənubi Koreyada reallaşdırılmış xüsusi layihə çərçivəsində bir anaya vəfat etmiş qızını bir daha görmək imkanını verilib. Daha doğrusu öz qıznın virtual kopyasını.

Yenicag.az xəbər verir ki, MBCDocumentary kanalı tərəfindən təqdim edilmiş video artıq 9 milyondan çox baxış sayı yığaraq internet istifadəçilərini təsirləndirib.

Təqdim edilmiş videoda mütəxəssislərdən ibarət qrup ananın vəfat etmiş qızını virtual reallıqda görməsini təmin ediblər. Mütəxəssislər Nayeon adlı vəfat etmiş qızın rəqəmsal versiyasını yarada biliblər.

Bundan əlavə olaraq onlar qızın səsini də sintez edə biliblər. Beləliklə ana öz qızını görməkdən əlavə onunla qarşılıqlı əlaqədə ola bilib. Qızın virtual kopyasının və virtual reallıqda olan ətraf mühitin yaradılması üçün mütəxəssislər 8 ay vaxt sərf ediblər. Lakin mütəxəssislər əmindirlər ki, yaxın gələcəkdə bu cür texnologiya artıq norma olacaq. Bununla belə insanların virtual kopyaları neyroşəbəkələr vasitəsilə yaradılacaq. Bunu üçün isə neyroşəbəkələr vəfat etmiş insanların şəkillərindən və videolarından istifadə edəcəklər.

COP29