!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Anadolu” agentliyi 98 yaşında VİDEO-REPORTAJ

!Reklam – Yazi

Bu gün Türkiyənin ən qabaqcıl və ən mötəbər xəbər mənbəyi olan “Anadolu” agentliyinin yaranmasından 98 il ötür. Dünyanın 100 ölkəsində ofisi olan agentlik ən son və ən önəmli məlumatları oxuculara 13 dildə çatdırır.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tövsiyəsi ilə 1920-ci il aprelin 6-da fəaliyyətə başlayan agentlik 98 ildə çətin və şərəfli inkişaf yolu keçib. Hazırda “Anadolu” dünyanın aparıcı media qurumları sırasında özünə layiqli yer tutub.

Xəbərləri düzgün və operativ oxucuya çatdırmaq “Anadolu”nun başlıca fəaliyyət prinsipidir. Bu isə beynəlxalq media məkanında agentliyə olan etibarı daha da artırır.

Yenicag.az bu münasibətlə “Anadolu” agentliyinin Bakı ofisini ziyarət edərək iş prosesini izləyib və agentliyin ümumi fəaliyyəti barədə məlumat alıb.

Həmin video-reportajı təqdim edirik:

Yeni Çağ Media Qrupu olaraq “Anadolu” agentliyinə gələcək fəaliyyətində uğurlar arzu edirik.

Aytək Yusifsoy

Cəmalə Əlizadə

www.yenicag.az

1359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv