Anadolu agentliyinin itkin düşən əməkdaşının cəsədi tapıldı – FOTO/VİDEO

Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin Anadolu agentliyinin əməkdaşı Abdulqadir Nişancının cəsədi tapılıb.

Yenicag.az xəbər verir ki, 13 gün aparılan axtarışlardan sonra cəsəd Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Derebaşı HES”də tapılıb.

Xatırladaq ki, Abdulqadir Nişancı mayın 10-da Bayburt-Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun açılışı zamanı çəkiliş apararkən qar uçqunu altında qalmışdı.

Onun axtarışında iştirak edən iki əsgər isə boğularaq ölüb.