!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Analar küçə-küçə gəzməməli, qab yumamalıdırlar”- Araz Əlizadə

!Reklam – Yazi

 

publika.az1442564406Araz Elizade“Milli Məclisdə ilk öncə uşaqlar, analar, müəllimlər və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələsini qaldıracağam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ASDP sədri Araz Əlizadə bildirdi: “Övladlarımız Azərbaycanın gələcəyidir. Onların təminatı dövlət tərəfindən aparılmalıdır. Analar balalarını dolandırmaq üçün küçə-küçə gəzməməli, qab yumamalı, küçə süpürməməlidirlər. Dövlət onları hər şeylə təmin etməlidir ki, analar övladlarının tərbiyyəsilə məşğul olsunlar.  Müəllimlər bütün biliklərini dərsə sərf etməlidir. Buna görə onlar ən yüksək əmək haqqı ilə təmin olunmalıdır ki,  biliklərini dərsə qoysun və evdə də uşaqlarının tərbiyyəsilə məşğul olsunlar. Hərbçi sənətini seçənlər müqavilə əsasında xidmət etməlidir.  Hərbçi ən şərəfli peşə olmalıdır və onlar tam olaraq təmin olunmalıdırlar.  5 il ərzində bu məsələlərin həyata keçirilməsinə nail olsam, məndən xoşbəxt adam ola bilməz.  Çünki, bu təkliflərimin reallaşması Azərbaycan əhalisinin 80 faizinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq”.

ELÇİN

 

 

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv