Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Teleradio” İB respublika ərazisində analoq TV-nin yayımının tədricən dayandırılması prosesi ilə bağlı təklif hazırlayıb.
Yenicag.az Trend-ə istinadən bildirir ki, təkliflərdə rəqəmsal siqnalların müxtəlif istiqamətlərdən daxil olduğu əsasən iri şəhərlərdə (Bakı, Şirvan və Gəncə) analoq TV-nin yayımının tədricən mərhələli şəkildə əvəz edilməsi qeyd olunur.
Analoq yayımın tam kəsilməsi nazirliyin müvafiq yekun qərarından sonra gözlənilir.
Rəqəmsal TV siqnalları Azərbaycanın yaşayış məntəqələrinin 99 faizini əhatə edir.