ANAMA: “2020-ci ilin noyabrından indiyədək mina partlaması nəticəsində 49 nəfər ölüb”

“2020-ci ilin noyabr ayından indiyədək mina partlaması nəticəsində 49 nəfər ölüb”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

“2020-ci ilin noyabr ayından mina partlaması nəticəsində 47 nəfər, bu gün isə Ağdamda daha 2 nəfər həlak olub”, – ANAMA-nın İdarə Heyətinin sədri vurğulayıb.