Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, iyunun 5-dən 10-adək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, 146 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.