!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA hesabat verdi

!Reklam – Yazi

140109_6728aaÖtən ay ərzində 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Yenicag.az azvision.az-a istinadən xəbər verir ki, 144 PHS, 3 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv