Noyabrın 2-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun minaxtaranı, 1967-ci il təvəllüdlü Zeynalov Telman Bərbir oğlu Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatı həyata keçirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə (PMN-Э) minaya düşüb.
Bu barədə Yenicag.az-a ANAMA-dan bildirilib.
Partlayış nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Hazırda, T.Zeynalov Füzuli rayonu Diaqnostika Mərkəzinə yerləşdirilib və vəziyyəti stabil ağırdır.