ANAMA: Son həftədə 271 hektar ərazi minalardan təmizləndi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-dən 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə, üç tank əleyhinə mina və 47 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.