Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
Yenicag.az xəbər verir ki, bugünə kimi bu vəzifəni icra edən Anar Cəbrayıllı Oxu.az-a açıqlamasında bundan sonra agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcəyini bildirib.
“Mən bölgələrdə yaranan problemlərlə bağlı mətbuatın suallarını cavablandıracağam”, – deyə A.Cəbrayıllı qeyd edib.