!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Əsədli seçiciləriylə görüşdə: Biz bir-birimizi qazanacağıq! – FOTO/VİDEO

!Reklam – Yazi

“Dövlətlə vətəndaşlar arasında olan kəslər inamı sarsıdıb, ən çox o inamı yenidən qazanmağa ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bu gün 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli, vəkilləri və komandası ilə birlikdə Bakı və Sumqayıt şəhərində məcburi köçkün yataqxanalarında məskunlaşan seçicilərinin qapılarını döyməyə davam edir. O, seçicilərinin evlərini ziyarət edərək növbədənkənar parlament seçkiləri barədə şəxsən özü məlumatlandırır və ədalətli seçki üçün səsvermədə iştirak etməyə çağırır.

Deputatlığa namizəd və komandası bu dəfə Bakı şəhəri Tbilisi prospekti 66 və Nəsimi rayonu Seyfulla Qasımzadə 36 ünvanında yerləşən məcburi köçkün yataqxanalarına baş çəkərək, zəngilanlı-qubadlılı seçiciləriylə görüşüb. Onlarla ünsiyyət quraraq, yaşayış durumları, problemləri ilə tanış olub.

Seçiciləri platforması ilə tanış edən Anar Əsədli millət vəkili seçiləcəyi təqdirdə dövlət və vətəndaşlar arasında körpü olacağını, onları narahat edən məsələləri aidiyyəti orqanların diqqətinə çatdıracağını, problemlərin həllində rol alacağını qeyd edib.
Yataqxana sakinlərinin çətin həyat şəraitini görən deputatlığa namizəd burada seçkilərdən danışmağın çətin olduğunu bildirsə də, mövcud durumu dəyişməyin başqa yolu olmadığını qeyd edib. Anar Əsədlinin vəkili, Zəngilanın sabiq icra başçısı, tanınmış həkim İlham Hüseynov isə deyib ki, bu vəziyyəti danışaraq, maariflənərək, haqqımıza sahib çıxaraq dəyişə bilərik: “Gəlin seçkidə iştirak edin, səs verin, əliniz çatan, səsinizi dövlətə çatdıran millət vəkiliniz olsun”.

Ev ziyarətləri zamanı müxtəlif yaş qruplarından olan seçicilərlə söhbət edilib və lazımi qeydlər götürülüb. Anar Əsədli yataqxanadakı çətin həyat şərtlərinə rəğmən, övladlarının, xüsusilə qız uşaqlarının təhsilinə həssas yanaşan valideynlərə təşəkkür edib. Həmçinin, gənclərin təhsil və iş imkanlarına dair seçki platformasında yer alan məqamları seçicilərinin diqqətinə çatdırıb.
O, seçiciləriylə səmimi görüşlərində “Biz qazanacağıq” sloqanını xatırladaraq vurğulayıb ki, bu prosesdə əsas hədəfi elə daha çox insanların könlünü, duasını, etimadını qazanmaqdır: “El-obamın xeyir-duasını almadan, ürəyini qazanmadan mən heç nəyə nail ola bilmərəm. Təbliğat-təşviqat kampaniyası dövründə hədəfimiz seçicilərin evlərini ziyarət edərək, ölkədəki dəyişikliyə, şəffaf seçki keçiriləcəyinə inandırmaq, seçici aktivliyi yaratmaq idi. Amma bir neçə görüşdən – insanların həyat şəraitiylə tanış olandan və sakinlərlə ünsiyyətdən sonra niyyətimiz başqalaşdı. İnsanımızı daha çox insana, insanlığa, öz həmvətəninə, həmyerlisinə, Azərbaycana, dövlətimizə inandırmağa ehtiyac var. Özünün dəyərli olduğuna, səsini duyula biləcəyinə inandırmağa ehtiyac var. Tək olmadığına, arxasında dövlətimizin, millətimizin olduğuna inandırmağa ehtiyac var. Onun inamını dərindən sarsıdıblar. Özü də dövlətlə vətəndaş arasında olan kəslər…

İndi bizim əsas hədəfimiz bu inamı bərpa etmək, bu inamı qazanmaqdır. Biz o zaman güclü olacağıq, biz o zaman bütöv olacağıq. Seçkilərin nəticəsi nə olur-olsun, biz sizin inamınızı, könlünüzü, duanızı qazandığımız halda qalibik demək! Biz qazanacağıq! Bir-birimizi qazanacağıq!”

www.yenicag.az

1109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv