Anar Əsədlinin ev dustaqlığı müddəti uzadıldı

Keçmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb.

Yenicag.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığı müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə dəymiş zərər ödənilib. (apa)