Anar Hüseynov yeni vəzifəyə təyin olundu

Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyində rotasiya qaydasında kadr dəyişikliyi olub, Anar Hüseynov qurumun Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A. Hüseynov bu təyinata qədər “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru kimi çalışıb. Ondan əvvəl nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri, daha əvvəl isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“Asan Xidmət”) İnformasiya təminatı şöbəsinin rəhbəri vəzifəsində işləyib.

COP29