!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Kərimov türkiyəli həmkarı ilə görüşdü: "Qardaşlığımızı, ortaqlığımızı nümayiş etdirmək istəyirik"

!Reklam – Yazi

Türkiyədə rəsmi səfərdə olan mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoy ilə görüşüb.

Yenicag.az xəbər verir ki, əvvəlcə Azərbaycan mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş olub.

Sonra Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib.

Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclasının razılaşdırılmış hesabatını Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Vasif Eyvazzadə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə Erkin Yılmaz imzalayıblar.

Digər bir əməkdaşlıq sənədinə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyin rəhbəri Serkan Kayalar tərəfindən imzalanıb.

Nazirlər Anar Kərimov və Mehmet Nuri Ersoy mətbuat nümayəndələri qarşısında çıxış edib.

Qırx dörd günlük vətən müharibəsinin rəşadətli zəfəri münasibətilə səmimi təbriklərini çatdıran nazir Mehmet Nuri Ersoy diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyasının ilk iclası səmərəli keçib. Əməkdaşlıq əlaqələrini genişləndirmək üçün faydakı müzakirələr apardıq.

Mədəniyyət sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük imkanlar olduğunu diqqətə çatdıran nazir Anar Kərimov bildirib ki, iki qardaş ölkə arasında ikitərəfli formada, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Ortaq dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər tərəflərin maraqlarını tam şəkildə qane edir. Nazir vurğulayıb ki, mədəniyyət mirasımızın qorunması, inkişaf etdirilməsi, kino sahəsində əməkdaşlığımız, kitabxana və incəsənət sahəsində təcrübə mübadiləsinin aparılması bizim üçün çox önəmlidir.

Nazirlər əminliklə diqqətə çatdırıblar ki, bütün sahələrdə olduğu kimi bundan sonra da mədəniyyətlə bağlı əməkdaşlıqda ortaq fəaliyyət faydalı və səmərəli nəticələr verəcək.

Nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv