Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Dövlət başçsının digər Sərəncamı ilə Adil Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.Kərimliyə həvalə edilib.
Yenicag.az-ın məlumatına görə, Adil Kərimli 22 oktyabr 1979- cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirərək hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
Evlidir. Ehityatda olan zabitdir.