!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Mədətov bıçaqlanma hadisəsindən danışdı: "Bu məsələ mənlik deyil"

!Reklam – Yazi

Azərbaycan prezidentinin keçmiş mühafizəçisi Müşfiq Mədətovun bıçaqlandığını xəbər vermişdik.

İki gündür ölkə mətbuatının gündəmini zəbt edən şəxs Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan Anar Mədətovun qardaşıdır.

Yenicag.az Anar Mədətovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbərə belə münasibət bildirib:

“Müşfiq mənim canım-qanımdır. Əlbəttə bu məsələ məni də narahat edir. Şükür Allaha, əsas odur ki, salamatçılıqdır. Zərbə dərin olmayıb, həyatı üçün təhlükə yoxdur. Özü ilə görüşməmişəm. Xanımı ilə əlaqə saxlayıram. O da Müşfiqin hazırda yaxşı olduğunu deyir. Bıçaqlanma hadisəsinə gəlincə, bu, məsələ mənlik deyil, danışmaq istəmirəm”.

Maraqlıdır ki, prodüser Anar Mədətov Müşfiq Mədətovun onun qardaşı olması ilə bağlı xəbərləri təkzib edir. Onun sözlərinə görə, Müşfiq onun qardaşı yox, əmisi oğludur.

Cəvahir

www.yenicag.az

6159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv