!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar niyə "26-lar"ı yaşatmaq istəyənləri israrla müdafiə edir?

!Reklam – Yazi

Ölkə gündəmini zəbt edən “26-lar” mövzusu davam edir. Azərbaycanın sovet buxovlarından xilas olmasının 26-cı ilində 26 Bakı Komissarının adına küçənin olması, hətta Azərbaycan Yazıçılar Birliyinin icarəyə verdiyi kafenin “26” adını daşıması iki gündür həm ictimaiyyəti, həm də dövlət rəsmilərini narahat edir.

Əgər kafe Köhnə “26-lar” bağı, indiki “Sahil” bağının ərazisində yox, Bakının başqa səmtində olsaydı, bu, bir o qədər də diqqət çəkməzdi. Bu, kiminsə doğum günü də, maşının nömrəsi də ola bilərdi. Amma Azərbaycan xalqının qatillərinə qoyulan, sonradan isə ölkə başçımızın göstərişi ilə sökülən abidənin yanında onu xatırladacaq “26” işarəsinin heç bir izahı yoxdur.

Könül istərdi ki, yazıçı Anar bu işdə əli olanları cəzalandırsın. Belə bir məsuliyyətsizliyə yol verənlərlə bağlı ölçü götürsün. Lakin, biz bunu gözlədiyimiz halda, bolşevizmi çağrışdıran “26-lar”ın yanında oldu.
Əslində, biz buna təəccüblənmədik.

Çünki ot öz kökü üstə bitər. Anarın valideynləri də bolşevizm ədəbiyyatının nümayəndələri idi.

Yüksək pafosla təqdim olunan Rəsul Rza və Nigar Rəfibəylinin repressiya dövründəki fəaliyyəti sənədlərlə, faktlarla ortadadır. Xüsusilə Mikayıl Müşfiq, Hüseyn Cavid, hətta Səməd Vurğunun əleyhinə Rəsul Rzanın fəaliyyəti ilə “26-lar”ın bu millətə qarşı etdikləri arasında ciddi bir fərq yoxdur.

Peyğəmbərimiz buyururdu ki, alim ölərsə, aləm ölər. 26 Bakı Komissarı Azərbaycan xalqına qarşı vəhşilik, quldurluq etdi. O dönəmin Yazıçılar Birliyinin sədri də Azərbaycanın bir sıra parlaq aydının zindanlara göndərilməsində, güllələnməsində müstəsna rol oynadı. Bunu biz deyil, arxiv deyir. Bunu köhnə “Komnunist” qəzetinin arxiv səhifələri deyir.

Anar isə “26-lar” mövzusunda məsələni fərqli tərəfə yönləndirdi. Bildirdi ki, onların arasında ermənilər və bu nadan millətin nümayəndələri ilə qohumluq münasibətində olanlar yoxdur. Deyir ki, ermənilər Moskvadan ona qarşı təzyiqlər ediblər. Amma tarix, arxiv göstərir ki, Anar, Azərbaycan aydınlarını Moskvaya şikayət edən, onlar haqqında sicilləmə yazanı heç də uzaqda axtarmamalıdır. Onun yaxınında olanlar da bu qəbilədəndilər. Bəli, Anar “26-lar”ı müdafiə etdi. Niyə də etməsin ki? Çünki “26-lar” olmasaydı, nə Rəsul Rza olardı, nə də onun övladı. Qoy, bu mövzuda israrını davam etdirsin.

Hacıbala Abutalıbov demişkən, “Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan “26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış “26-lar kafesi” və həmin kafedə “xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.

Bəli, bu ayıb AYB-yə və onun bolşevik sədrinə yetər…

Yenicag.az

www.yenicag.az

3392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv