Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şirkət rəhbərini müdir təyin edib.
Yenicag.az xəbər verir ki, müvafiq əmrlə Məmtiyev Raquf Rəhim oğlu İcra Hakimiyyətinin sektor müdiri-baş mühasibi təyin edilib.
![](https://cdn.qaynarinfo.az/2024-01/1704793470_fbf2a85fe2b751baa8307809ffc5cc1d1-jpg.jpg)
Qeyd edək ki, Raquf Məmtiyev “Təmir-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi, baş direktoru olub. O, şirkətini 2021-ci ilin yanvar ayının 15-də öz yaxını Hacıyev Elnur İsa oğlunun adına keçirib.
![](https://cdn.qaynarinfo.az/2024-01/1704793470_c4b3057ebfc15162ff9596b836d539362-jpg.jpg)
Baş mühasib öz şirkətini Yevlaxda qiyməti yarım milyondan çox tenderlərin qalibi etməyi bacarır. Təkcə 18.07.2023-cü ildə İcra Hakimiyyətinin şəhərdə yolların əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi 541.472,25 AZN-lik tenderin qalibi olub. Qurum Yevlaxda 2022-ci ildə toplam maliyyə dəyəri 642 390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
![](https://cdn.qaynarinfo.az/2024-01/1704793470_1cd421e16d914a2ccaaa69e9f10866043-jpg.jpg)
Xatırladaq ki, Rauf Məmtiyev uzun illər Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin müdiri olub./qaynarinfo