!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Anar Yusifoğlunun debatlarda heç bir səhvi yox idi” - Millət vəkili

!Reklam – Yazi

Millət vəkili Sahib Alıyev İTV-də yayımlanan prezidentliyə namizədlərin debatları haqda fikirlərini bölüşüb.

Yenicag.az deputatın sosial şəbəkədə yazdığı statusu təqdim edir:

“Mən İctimai Televiziyanın efirində 11 aprel seçkisiylə bağlı gedən demək olar ki, bütün debatları izlədim. Gəldiyim bəzi nəticələr var ki, istəyirəm qısaca sizinlə bölüşüm.

Birinci nəticə budur ki, debata qatılanların hamısı birgə bu seçkidə çox yüksək səs fərqiylə yenə də cənab İlham Əliyevə uduzacaqlar və bunu özləri də bilirlər. Çünki gördüyü işlər, atdığı addımlar, yeritdiyi siyasət və bütün bunların qarşılığı olaraq xalqımızın ona bəslədiyi rəğbət göz önündədir.

İkincisi, onu anladım ki, seçkini boykot edən müxalifətçi dərnək rəhbərləri də öz maraqları baxımından düzgün addım atıblar. Ona görə yox ki, onsuz da onlar da digər qatılanlar kimi indiki Prezidentə uduzacaqdılar. Sadəcə, boykotçular 20-30 il bundan öncə səsləndirdikləri kif iyi verən və artıq insanlarda ikrah doğuran fikirləri təkrarlamaqdan o yana keçməyəckdilər. Çünki heç bir alternativ proqram və planları olmayıb, yoxdur. Eyni zamanda da Qüdrət Həsənquliyevlə Zahid Orucdan fərli olaraq, ayrı-ayrı problemlərin həllinə yönəlmiş qərəzsiz və konstruktiv tənqid də onlarlıq deyil. Niyə? Birincisi, boykotçuların bağlı oduqları çevrələrin istək və tələbləri başqadır, ikincisi isə qərəzsiz tənqid yanlış və doğruluğundan asılı olmayaraq vətənə, dövlətə sevgidən doğur ki, onlarda belə bir keyfiyyət varsa da, bunu sezmək mümkün deyil.

Və hər iki boykotçunun intellektləri Sərdar Məmmədovunkundan aşağı olduğundan etdikləri populist çıxışlar da onunkundan zəif təsir bağışlayacaqdı. Kütləyə təsir etmək, onun dilində xeyli dolaşacaq sözlər söyləməyə gəldikdə isə Hafiz Hacıyev onların hər birini kölgədə qoyur.

Yəni seçkiyə gedib, debatda qatılıb oradakıların hamısının kölgəsində qalmaqdansa, “Məhsul” da az-çox bacardıqları mitinq biznesinə baş vurmaq boykotçular üçün daha sərfəli idi və onlar da bunu etdilər.

Üçüncüsü, debatın necə aparılmasıyla bağlı gəldiyim nəticədir. Əgər debatla bağlı qanunda nəzərdə tutulanlara ən çox əməl edən kim oldu sualı verilsəydi, mən ilk növbədə onu aparan Anar Yusifoğlunun adını çəkərdim. Səsini ucaltmadan, hər hansı bir kobudluğa yol vermədən aralarında populizmə və hətta epataja meylli, müxtəlif enerji və psixologiya daşıyıclarının debatını təşkil etmək heç də efirdən izlənildiyi qədər asan deyildir. Bunun necə çətin iş olduğunu uzun illər televiziyada çalışmış və bu ölkədə prezident seçkisiylə bağlı ilk teledebatları aparmış biri kimi mən az-çox bilirəm. Bilirəm və onu da görürəm ki, o zaman mənim buraxdığım səhvlər ki vardı, Anarda bunların heç biri yox idi. Buna görə də onu təbrik edir, namizədlərə isə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Onların arasında qələbəsinə əmin olduğum, uğurlarının davamlılığını ən çox arzuladığım təbii ki, cənab İlham Əliyevdir. Çünki onun uğuru, ölkəmizin və hər bir Azərbaycan vətəndaşının uğurudur”.

www.yenicag.az

2330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv