Anardan QALMAQALLI SÖZLƏR: “Onu Tünzalənin əri kimi tanıyıram”

Prodüser Anar Mədətov xalq artisti Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı ilə bağlı qalmaqallı sözlər səsləndirib.

Yenicag.az xəbər verir ki, o, Tünzalənin keçmiş həyat yoldaşı, bir çox məşhur müğənnilərin prodüseri olan Rəhman Əliyevi prodüser kimi tanımadığını deyib.

Bu azmış kimi, Anar kinayəsindən də qalmayıb:

“Tünzalənin əri. Mən onu Tünzalənin əri kimi tanıyıram”.

A.Mədətov bunu “5\5” verilişinin canlı yayımında deyib. Verilişdə Rəhman Əliyevin indiki həyat yoldaşı, müğənni Ümman da iştirak edib. A.Mədətov onların evliliyindən xəbərsiz olduğunu da bildirib.

Qeyd edək ki, Tünzalə Ağayeva və Rəhman Əliyev illər öncə qalmaqallı şəkildə boşanıb.

Nehru