Anarın “Dədə Qorqud”u : Qıpçağın düşmən çıxması, Oğuzun yox olması

6(490)Redaksiyadan: Təəssüf ki, internet media dönəmi ilə qəzetlər sıradan çıxdı və çıxmaqda davam edir. Halbuki bir çox qəzetdə çox maraqlı, fundamental məqalələr yayımlanırdı. Bu gün o məqalələri tapmaq üçün Axundov kitabxanasında saatlarla çalışmalısan. Çünki internetdə o dəyərli araşdırmalara rast gəlmək olmur. Bu səbəbdən də, “Keçmişə baxış” rubrikası altında uzun illər öncə yazılmış və bu gün də taleyüklü əhəmiyyətini itirməmiş yazıları yayımlayacağıq. İlk olaraq, şair-yazıçı Mübariz Məsimoğlunun məqaləsini təqdim edirik. Sovet dönəmində türkü bir-birinə düşmən etmək, düşmən kimi göstərmək üçün yazılan ən gözəl nümunəni Mübariz müəllim bizə təqdim edib. Yazını olduğu kimi təqdim edirik: 

– Salam,Məsimoğlu!

– Ay əleykümə sallam, Zeydulla müəllim!

– Məsimoğlu, mən sənin xətrini çox istəyirəm,ancaq buna baxmayaraq Anar müəllimin  “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bağlı yazdığın yazının bir çox məqamlarıyla, qətiyyən, razı deyiləm. Məni başa düş…

– Zeydulla müəllim, səni çox yaxşı başa düşürəm və sən mənə indi Anardan da aydınsan. Ancaq de görüm, yazımın hansı yerinin qaşı, gözü yerində deyil?

– Bilirsən, orada elə cümlələr var ki, onları yazmaqda Anar müəllim haqlıdır.

-Hansı cümlələri nəzərdə tutursan?

-Bəzi cümlələri.

-Zeydulla müəllim, sən yenə də söhbətimizi xüsusi sahədən çıxardıb ümumi fəzaya aparırsan. Belə olmaz.

Yazımın hansı məqamı (niyə və nə üçün) səni qane etmirsə, onu yaz gətir. Söhbət ikimizin arasında qalmasın, qoy Anarın sükunətdə saxladığı ədəbi mühit bir az hərəkətə gəlsin. Bu öz yerində, ancaq bəri başdan onu da deyim ki, sənin nə yazıb-yazmayacağından asılı olmayaraq mən artıq “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bağlı fikirlərimə Anarın qəlyanı şaquli şəkildə nida işarəsi kimi qoymuşam.

-Niyə?

-Çünki indi onun “Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı xəyanətləri sənin nəzər-diqqətinə çatdırmaq fikrindəyəm.

-Niyə görə mənim?

-Ona görə ki, sən heç vaxt bu dastanların özünü oxumamısan, ancaq Anarın o dastanlardan çırpışdırıb “yazdığı” “Dədə Qorqud”u mütaliə etməsən, çəkdirdiyi kinosunu dönə-dönə yaddaşının ağ lentinə qara ləkə şəklində həkk eləmisən və bu səbəbdən də elə bilirsən ki, bu müqəddəs abidəmiz sənə gün kimi aydındır. Dayan, tələsmə, mənə diqqətl qulaq as, qoy sözümü axıra qədər deyib qurtarım. Sonra sən yenə də öz iradlarını döşə mənim qabırğama…

Canım-gözüm Zeydulla, məlumun olsun ki, “Kitabi-Dədə Qorqud” dastanları bir müqəddimədən və 12 boydan ibarətdir. Bu boyların dili lakonik olduğu qədər monemental, monomental olduğu qədər lakonikdi. Anar öz “Dədə Qorqudu”nda dastanın monumentallığını məhv edib, lakonik fikirləri isə mətləbsiz, məzmunsuz şəkildə, rabitəsiz halda ora-bura səpələyib. Məsələ burasındadır ki, bu boylarda hər mövzunun, hər obrazın, hər döyüş səhnəsinin, hər deyilən sözün və s. öz ilahi təyinatı var. Bunların birini o birisi ilə qarışdırmaq o ilahi nizamı pozmaq deməkdir. Diqqətlə baxdıqda məlum olur ki, dastanın hər boyu avtonomdur və bu boyların hər biri oxucuya avtonom bir fikri, ideyanı təlqin edir. Bu baxımdan boylardakı qəhrəmanlar, mənfi obrazlar öz xarakterik xüsusiyyətləri ilə bir-birindən kəskin şəkildə fərqlənirlər. Qəhrəmanların, obrazların daxili aləmi mövzuya uyğun şəkildə kamil variantda yaradılıb. Və buna uyğun olaraq da bir boyda elə-obaya, başqa boyda qardaş-bacıya bir boyda sevgiyə, yara, eşqə və s. olan münasibətlər qabardılır, ön plana çəkilir. Artıq sözdən, xaric səsdən uzaqda duran bu müqəddəs abidə saydığımız və saydığım belə keyfiyyətlərə görə min illərin sınağından çıxıb. Bu baxımdan ona nəinki düzəliş vermək, hətta bu boyların bir vergülünə belə toxunmaq, küfürdür, günahdır…

Çox hörmətli Zeydulla müəllim! Sənin dostun Anar isə yuxarıda sadaladığım halları heç vecinə belə alçadan, heç bir ölçüyə-mölçüyə məhəl qoymadan bu müqəddəs abidəmizi özünün “yazdığı” “Dədə Qorqud” “əsəri” ilə dəyərdən salmaq istəyib. Gözünlə sual edirsən ki, niyə? Çünki həmin “əsəri” “yazmaqda” onun məqsədi Dədə Qorqudu təbliğ etmək yox, özünü gözə soxmaq, qızının, oğlunun adını əbədiləşdirmək, atasının bəsit fikirlərini beyinlərə yetirmək olub. “Kitabi-Dədə Qorqud” dastanlarından məlumatı olan hər adam bilir ki, Anarın “yazdığı” “əsər” orjinal əsər deyil. Əlimizdəki faktlar sübut edir ki, Anar bəsit plagiatdır. Ancaq bununla belə etiraf etmək gərəkdir ki, o, çox mahir kambinatordur. Çünki o, “Kitabi-Dədə Qorqud” dastanlarının mövzusunu, məzmununu öz səviyyəsinə endirib(bəsidləşdirib) öz adından cəmiyyətə sıramağağı bacarıb.

Hə mənim əzizim! Bilən bilir ki, “Kitabi-Dədə Qorqud” dastanlarında birinci boy “Dirsə xan oğlu Buğac xan boyu”dur. Bu boyda təsvir olunur ki, Xanlar xanı Bayandır xan ildə bir dəfə şadlıq edib, Oğuz bəylətini qonaq edir. Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa, övladı olmayanı isə qara otağa yerləşdirir. Belə məclislərin birində qara çadıra yönəldilən Dirsə xan pərişan olur. O, arvadının məsləhəti ilə böyük məclis qurur, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır. İç oğuz, Daş oğuz bəylərini məclisə toplayır. Acı doyurdur, əyni yalın olanı qalın geyindirir. Bütün bunlardan sonra hamı ona Allahdan övlad diləyir. Allah isə ona bir ağzı dualının alqışı ilə ona övlad verir. (Bu boyun ilahi təyinatı bu cümlənin içərisində gizlənib. Buğcanın uğuru, aldığı yaradan ana südü və dağ çiçəyi məlhəmi ilə sağalması da bu müqəddəs hikmətlə bağlıdır. Anar bunu anlamayıb və anlaya da bilməzdi). Həmin övlad)oğul) 15 yaşında Bayandır xanın buğasını yıxır. Buna görə də Dədə Qorqud ona Buğac adı verir. Daha sonra Buğacın dostları Dirsə xanı aldadıb onun öz əli ilə oğlunu oxladırlar. Buğac aldığı yaradan ölmür. Ana südü və dağ çiçəyinin məlhəmi ilə sağalır, atasına qarşı kin bəsləmədən onu yağıların əlindən xilas edir…

Anar həmin boyda təsvir edilən hadisəni öz “Dədə Qorqud”unda belə verir:.. Birdən buğa dartınıb zəncirini qırdı və dəvəyə tərəf cümmaqdansa çəpərə tərəf atıldı… Buğa bir başa qadınlar olan tərəfə cumurdu, buynuzlarıyla o, qırmızı donlu Burla xatunu nişan almışdı, düz qızın üstünə gəlirdi… Birdən igidlərdən biri-on altı on yeddi yaşlı oğlan bir an içində yerindən qopub, göz qırpmadan buğanın başını kəsdi… Dədə Qorqud Aslan yatağında, Ağca qayanın başında dayanıb. Dədə Qorqud igidə ad verir, deyir: – Oğul, meydanda cəng etdin hünər göstərdin, buğa öldürdün, uğur qazandın. Ömrün həmişə uzun olsun, həmişə uğur qazan. Adın da Qazan olsun.

Göründüyü kimi Anar burada özünü Dədə Qorquddan üstün tutur, buğanı yıxanın adını Buğac yox. Qazan qoyur. Dastanda Qazan xana aid olan xüsusiyyətlər “Salur Qazanın evinin yağmalanması boynunda” belə təsvir edilir. “Bir gün Tüklü quşun balası, yazıqların ümidi, Amid soyunun aslanı , Qaracığın qaplanı, Qonur atın yiyəsi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın ağuzun dayağı, igidlərin arxası Ulaş oğlu Salur Qazan yerindən durmuşdu”. Buradan açıq-aydın görünür ki, Qazan adının təyinləri(əlamətləri,keyfiyyətləri) Buğac adının təyinindən həm çoxdur, həm də xeyli üstündür. Anar öz  “Dədə Qorqud”unda Buğac surətini işlətməyib, Qazan surətinin əsas keyfiyyətlərini isə yerlə-yeksan etmişdir…

Elə bu məqamda onun daha bir kobud səhvi barədə bir-iki söz demək istəyirəm. Belə ki, Anarın “Dədə Qorqud”unda Qazan xanın oğlunun adı Turaldı. O, baş kəsmir ki, qan tökmür, lalə yığır, Beyrəyin bacısı Güneli sevir. Sonda yaralanır və ana südü və dağ çiçəyinin məlhəmi ilə sağalır. “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xanın oğlunun adı Uruzdur. O, üç boyda (“Salur Qazanın evinin yağmalanması”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu”, “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi” boylarda) iştirak edir. O, Tanrı-ata-ana-ana haqqını uca tutan , güclü, qüvvətli bir igiddir. Dastanda Beyrəyin Günel adlı bacısı yoxdur və Uruz da onun heç bir bacısı ilə evlənmir. Məsələ burasındadır ki, Uruz adında bir qədimlik, ululuq, müqəddəslik var. Anar bu ucalığı Tural adı ilə(Anaın öz oğlunun adıdır) aşağı salır, adın qədim, möhtəşəm əlamətlərini heçə endirir, onun sirrini, sehrini, yox edir..

Bu məqamda onu da diqqətinə çatdırmaq istəyirəm ki, Anarın obraz transferləri bununla bitmir. O, Basatın qaçaqlığını Beyrəyin ayağına yazır, Dəli Domrulun xasiyyətini, dünyagörüşünü isə Dəli Qarcarın üzərinə köçürür. Bu köçürmələr nəticəsində isə həm obrazlar öz dolğunluğunu itirir, həm də dastanın çahiyyətinə, məzmununa, ideyasına əsaslı zərbələr endirilir. Gəl birlikdə bu xəyanətin sonunu izləyək. Dastanda İç Oğuzun, Daş Oğuzun düşməni Qıpçaq Məlik deyil, Söklü Məlikdi, Bayburd hasarının bəyidi, Qara Təküridi və sairədir. Dastanda, ümumiyyətlə, Qıpçaq Məlik surəti yoxdur. Belədə sual olunur ki, dastandakı adı bəlli düşmənləri qoyub, Anar niyə özündən düşmən Qıpçaq Məlik Surətini uydurub, Söklü Məlikə, Bayburd hasarının bəyinə, Qara Təküridə aid mənfi əlamətləri ona şamil eidb? Cavab verməkdə çəkirsən, elə deyilmi? Ancaq yenə təkrar edirəm, tələsmə bütün nəsnələri sənə bir-bir izah edəcəyəm. Mən bilirəm ki, bütün bunları dinləmək sənin üçün çox çətindir. Çünki sən çox xeyirxah adamsan, ancaq orasıda var ki, həm də həddindən artıq sadəlövhsən. İstədiyim budur ki, sən ətrafında baş verən hadisələrə az Anar nöqteyi-nəzərindən yanaş, ona öz gözlərinlə bax…

Hə mənim Əzizim! Qayıdaq bayaqkı sualın üstünə.

-Hansı sualın?

-Bay, nə tez yadından çıxdı? Axı yuxarıda belə bir sual qoymuşdum ki, Anar nə üçün adı bəlli düşmənləri qoyub pzündən Qıpçaq Məlik surətini uydurub? Bu yaramaz hərəkətin cavabı budur ki, o, sovet ideoloji basqısı altında türkü-türkə qarşı qoyub və rus “qardaş”larının xoşuna gəlmək üçün canlı-canlı xalqının müqəddəs kitabına küfr qatıb. Qz-gözünü turşutma. Hələ bu hamısı deyil. Budur, Anar dastanın motiflərinə 14 yaşlı təzə bir surət əlavə edir. Bu, Beyrəyin 14 yaşlı oğludur. Anarın “Dədə Qorqud”unda həmin yer belə davam edir. “Çoban: – Dədə bu oğlana ad qoyasıncavarmıdır? Dədə Qorqud: -Bəli- dedi- ad almağa layiqdir. Butorpaqda çox ər qırıldı, az ər qaldı. Onun adını Azər qoydum. Qoy az ərlər çox olsun, qoy Azərlər çoxalsın”. Bu dastana Anarın vurduğu son akkorddur; O, qıpçağı düşmən çıxardır, oğuzu yox edir, təzə bir Azər xalqı Formalaşdırır. Azərilər isə İranda farslaşmış yahudi tayfasıdır…

Deyəsən, səni çox yordum. Bir az da səbrini bas, indi sözümü yekunlaşdırıram. Məsələ burasındadır ki, Anar hər şəraitə uyğunlaşmağı bacarır. Bu günlərdə o, “Azadlıq fədailəri” adlı bir qəzetdə çox geniş bir müsahibə verib, özünü və dədəsini cəmiyyətdə distent ədəbiyyatının yaradıcısı kimi təqdim edib. Atalar yaxşı deyib ki, qulaq gündə bir söz eşitməsə kar olar. Anar və dədəsi hamı bilir ki, uzaqbaşı yuxarıdan aldıqları icazə nəticəsində Sovet cəmiyyətinə aid olan antipodları tənqid ediblər, Sovet ideologiyasının əleyhinə getmək heç vaxt onların ağlına belə gəlməyib. Əksinə bu vaxta qədər yazdığımız faktlar sübut edir ki, onların hər ikisi bu ideologiyanın sadiq “vintçiyi” olublar. Həmin müsahibəsində Anar özünü cənub ədəbiyyatının təəssübkeçi kimi qələmə verib. Fakta müraciət edək: 1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqında Heydər Əliyevin təşəbbüsü nəticəsində Cənub şöbəsi yaradılıb. Katiblərdən biri həmin şöbəyə rəhbərlik eidb. “Ədəbiyyat” qəzeti hər nömrəsində cənub şairlərimizin yaradıcılığından səhifə hazırlayıb. Bu hal 10 il davam edib.  Anar 1991-ci ildə ölkəmizdə müstəqillik bərqərar olandan sonra o şöbəni və katibliyi ləğv eləyib, 90-cı ilin axırlarında is cənub qardaşlarımızın təsis etdiyi “21 Azər” jurnalının redaksiyasını AYB-nin 4-cü mərtəbəsindən bayıra atdırıb, “Ədəbiyyat” qəzeti isə çoxdandır ki, cənub səhifəsi hazırlamır. Vəssalam, bu da sənə disent Anarın qıpçaq, oğuz, cənub, ədəbiyyat və s. sevgisi!

Mübariz MƏNSIMOĞLU

“Yeni Nəfəs” qəzeti,

09-22 iyun 2007-ci il

COP29