Müğənni Sılanın anası Ömür Gençeoğlu xəstəxanaya yerləşdirilib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı bu səbəbdən 16,18 və 19 avqustdakı konsertlərini təxirə salıb. Ömür Gençoğlunun beynində qan laxtası əmələ gəldiyi üçün bir müddət xəstəxanada müalicə alacaq. Müğənni də bu müddət ərzində xəstəxanada anasının yanında qalacaq.
Qeyd edək ki, Sılanın atası Şükrü Gençoğlu ötən ilin noyabrında 73 yaşında beyin qansızmasından dünyasını dəyişib./unikal/