Anasına 3 villa aldı

tarkan_anasi_d91b992894e52a83860ca36705c43b87Tarkan anasına 3 villa alıb.

Anası Sevinc Təvətoğlu üçün illər əvvəl İstanbul Ataşəhərdə 2 ev alan Tarkan bu əmlaklara yenilərini əlavə edib. O, anasına bu dəfə Tarabyada bir ev, Antalya-Larada isə villa bağışlayıb.

Uzun illər Almaniyada yaşadıqları üçün ailəsinə daha bir jest edən sənətçi Kölndə villa alıb və evin sənədlərini anasına verib.