!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anasını 40 yerindən bıçaqlayan qatildən qandonduran ifadələr - FOTO

!Reklam – Yazi

72 yaşlı anasını 40 yerindən bıçaqlayaraq qətlə yetirən cinayətkar hakim qarşısına çıxıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Kayseri vilayətinin Kocasinan rayonunda dəhşətli qətl hadisəsi baş verib. 41 yaşlı H.G. anasının müxtəlif nahiyələrinə dəfələrlə bıçaq zərbələri endirib. O, daha sonra anasının boğazını kəsərək onun həyatına son qoyub.

Cani anasının ona iş tapması üçün təzyiq göstərdiyini bildirib. Psixoloji problemlərinə görə daha əvvəl də bir neçə dəfə müalicə alan cinayətkar dünyada 2-3 nadir insandan biri olduğunu deyib və dərhal azadlığa çıxarılmasını tələb edib. Onun tutduğu əmələ görə peşmanlıq çəkməməsi və özünü olduqca mötəbər şəxs kimi qələmə verməsi hakimi də heyrətləndirib.

Qeyd edək ki, qatil ömürlük həbs cəzasına məhkum edilib.

www.yenicag.az

2716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv