Tanınmış aparıcı Könül Yusifqızı bu il ilk dəfə olaraq, doğum gününü qeyd etməyib.
Bunun səbəbini Yenicag.az-a açıqlayan aparıcı göz yaşlarını saxlaya bilməyib:
“Səhərdən telefonlarım susmur, dostlarım məni təbrik edirlər. Amma ürəyim qan ağlayır. Həmişə doğum günlərimdə məni ilk təbrik edən insan anam olub. Bu dəfə o təbriki eşitmədim. Onun son sözlərini xatırlayanda param-parça oluram.
Ağır xəstə idi, mənə dedi ki, Könül, sənin doğum günündə ayağa qalxıb rəqs edəcəm. Amma əcəl aman vermədi. Hələ yaram təzədir, heç inanmıram da ki, bu yara sağalsın. Anasını itirənlər məni gözəl anlayar, yəqin.
Anam həyatımın bütün sevincini özü ilə apardı. Allaha yalvarıram ki, onu tez-tez yuxuda görüm, onun ətrini yuxuda alım. O mənim həyatımın mənası idi”.
Cəvahir