Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib.
Məlumata görə, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb.
G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.
Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov,17 ünvanının qarşısındadır.
G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.(Report)