Anasını öldürən şəxslə bağlı cinayət işi məhkəməyə göndərildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Yenicag.az-a Ucar Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il avqustun 18-də Ucar rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.