Anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.