Anasının “bakirədir” dediyi idmançımızın oğlu oldu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından əvvəl hamilə olduğu üzə çıxan və bu səbəbdən ağır atletika üzrə qadınlardan ibarət yığma komandamızdan uzaqlaşdırılan Xumar Məmmədovadan yeni xəbər var.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, idmançımız mayın 15-də dünyaya oğlan uşağı gətirib. Məlumatı Məmmədovanın ailə üzvləri də təsdiqləyiblər. Uşağın atasının idmançı ilə eyni kənddən olduğu bildirilir.

Ancaq maraqlıdır ki, bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verən Xumarın anası Sevinc Məmmədova Apasporta verdiyi açıqlamada qızının hamilə olması ilə bağlı xəbərləri təkzib etmiş, bunu yalan adlandırmışdı:

“Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandır. O, bakirədir, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdir. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Hamıya qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”

Yenicag.az