Anbarda güclü YANĞIN

Ucar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Qazyan kəndində ümumi sahəsi 605 m² olan birmərtəbəli tikilinin (anbar kimi istifadə olunub, hazırda fəaliyyət göstərmir) dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.