38 kiloqrama düşən Colinin son halı – FOTOLAR

Bred Pitlə ayrılıq müddətində çətin günlər yaşayan Ancelina Colinin son halı görənləri dəhşətə gətirir.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Star jurnalı, 42 yaşlı Colinin, 11 yaşlı qızından daha arıq olduğunu iddia edib. Həmçinin bildirilir ki, 38 kiloqram çəkiyə düşən Coli təhlükəli pəhriz saxlayır.

Jurnal, aktrisanın keçmiş həyat yoldaşı Pitin də, onu sağlam qidalanmağı barədə tənbeh etdiyini yazıb.