Hollivud ulduzu Ancelina Coli yeni film üçün kamera qarşısına keçir.
Yenicag.az xəbər verir ki, yeni filmin ssenarisi bir kitabın motivləri əsasında yazılıb.
43 yaşlı aktrisanın çəkiləcəyi yeni film “Those Who Wish Me Dead” adlanır. Film Maykl Koritanın əsərinin motivləri əsasında lentə alınır. Rejissor Teylor Şeridandır.
Şeridan Kevin Kostnerin “Yellowstone” serialının ikinci mövsümünün çəkilişləri bitdikdən sonra bu filmə başlayacaq.
Qeyd edək ki, Ancelina Coli 2018-ci ildə “Malefiz 2” filminə çəkilib. Filmin təqdimadı 2020-ci ilə planlaşdırılıb./ölkə.az/