Ançelotti “Bavariya”dan qovuldu!

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

Yenicag.az xəbər verir ki, buna komandanın Çempionlar Liqasında uğursuz çıxışı səbəb olub.

Məlumat Münhen təmsilçisi tərəfindən də təsdiqlənib. Ançelottini müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola əvəzləyəcək.

Qeyd edək ki, təcrübəli mütəxəssis “Bavariya”ya 2016-cı ilin yayından rəhbərlik edirdi.