Ançelottinin yeni klubu açıqlandı – Rəsmi

İtaliyanın “Napoli” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, A seriya təmsilçisi Karlo Ançelotti ilə anlaşıb. Klubun yaydığı məlumata görə, təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Qeyd edək ki, italiyalı mütəxəssis hər ili üçün 6,5 milyon avro maaş alacaq.