Ötən gecə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Yuventus”u qəbul edən “Real” artırma dəqiqələrində sevinib.
Yenicag.az xəbər verir ki, turinlilərin futbolçusu Mehdi Benatianın Lukas Vaskesklə ikili mübarizəsindən sonra oyunun baş hakimi Maykl Oliverin penalti təyin etməsi müzakirələrə səbəb olub.
Sözügedən epizodu şərh edən Benatia Vaskesi itələmədiyini bildirib:
“And içirəm ki, onu itələməmişəm. Vaskes başqa yolu olmadığı üçün yıxıldı. Oyunun 90+3-cü dəqiqəsində belə vəziyyətdə penalti təyin etmək absurddur”.
Qeyd edək ki, penaltidən maksimum yararlanan madridlilər yarımfinala adlayıb.