Türkiyədə Rusiyanın sabiq səfiri Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ittiham aktı prokurorluğa təqdim ediləcək. Akt təsdiqlənəcəyi halda məhkəməyə göndəriləcək.
Xatırladaq ki, A.Karlov 2016-cı ilin 19 dekabrında Ankarada keçirilən foto sərgisi zamanı güllələnərək qətlə yetirilib. Qətl polis əməkdaşı Mövlut Altıntaş tərəfindən həyata keçirilib.
Cinayət işi ilə bağlı 8 nəfər həbs edilib ki, onlardan 4-ü keçmiş polis əməkdaşıdır.
A.Karlov Rusiyanın Qəhrəmanı fəxri adı ilə təltif edilib.