“Android 12″nin təqdim olunacağı tarix AÇIQLANDI – FOTO

Google şirkəti Android 12 Developer Preview versiyasını 17 fevral tarixində təqdim edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Phonearena saytı məlumat yayıb.

Məlumata əsasən, Android 12-nin stabil versiyası isə 2 sentyabr tarixində istifadəyə veriləcək.

Qeyd edilib ki, Android 12 yenilənmiş interfeys ilə bildirişlər panelini əldə etməlidir. Belə ki, əməliyyat sisteminin yeni versiyasında bildirişlər paneli şəffaf dizaynda reallaşdırılmayacaq.

Bununla yanaşı Android 12-də əlavə konfidensiallıq funksiyalarının reallaşdırılması və onunla bağlı ayarların bir menyuda cəmləşdirilməsi gözlənilir.