İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssis Zak Doffman “Android” sisteminin idarəetməsi altında işləyən smartfon istifadəçilərini “Google”un “Android Messages” messencerindən istifadədən imtinaya səsləyib.
Bu barədə “Forbes” nəşri yazıb.
Qeyd edilib ki, “End-to-end encryption” şifrləməsinə malik olmayan bu mobil tətbiqdən istifadə təhlükəlidir.
Bildirilib ki, “Android Messages” istifadəçilərinin sayı əvvəlki kimi artır, çünki bu messencer bir çox “Samsung” qurğularına başlanğıc ayar kimi quraşdırılır.