Angela Merkel 9-cu dəfə sədr seçildi

merkelAlmaniyanın baş naziri və Xristian Demokrat İttifaqının sədri Angela Merkel bu gün Essendə keçirilən konfransda 9-cu dəfə sədr seçilib.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərdə yeganə namizəd olan Merkel səslərin 100/ 89,5 faizini qazanıb.

Daha sonra A.Merkel 2017-ci ildə keçiriləcək seçkilərdə yenidən baş nazir olmaq üçün namizədliyinin Xristian Demokrat İttifaqı tərəfindən irəli sürüləcəyini deyib. O, seçkilərlə bağlı hazırlanan yeni proqram haqqında da danışıb.

Yeniçağ.az