Almaniya Kansleri Angela Merkel fevralın əvvəllərində Yaponiyaya səfər edəcək.
Yenicag.az xəbər verir ki, fevralın 4-də başlayacaq səfər iki gün davam edəcək. Almaniya Kanslerinin İmperator Akihito və Baş nazir Şinzo Abe ilə görüşləri nəzərdə tutulur.
A.Markelin Ş.Abe ilə görüşü zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı, qlobal və regional proseslər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir./AZƏRTAC/