Anım Günü Neftçalada da qeyd olundu – Fotolar

Neftçala rayonunda 27 Sentyabr – Anım Günü qeyd olunub.

Yenicag.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

İlk öncə Neftçala şəhərindəki Şəhidlər xiyabanındakı şəhidlərin məzarı və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, tər gül dəstələri düzülüb və ağacəkmə aksiyası keçirilib.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi, müzəffər ordumuzun peşəkarlığı sayəsində işğaldan azad olunub və dövlətimizin suverenliyi tam bərpa olunub. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Saat 12:00-da şəhid hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə, həmçinin Vətən müharibəsi şəhidi Camal İsmayılovun anası Filarə İsmayılova və digər şəxslər çıxış edərək sentyabrın 27-si düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əzmindən, əsgər və zabitlərin şücaətlərindən, qazilərimizin igidliklərindən danışıblar.

Tədbirin sonunda şəhidlərin ruhuna ehsan süfrəsi təşkil olunub.

COP29