Anjey Kaspşik tapşırıqla Azərbaycan sərhədinə gəldi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik avqustun 22-dən Ermənistandadır.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığına əsasən, o, bu yaxınlarda Laçın dəhlizinə uzaqdan baş çəkib. Kaspşik Laçın dəhlizinə baş çəkmək və mövcud vəziyyət barədə məlumat vermək üçün əraziyə gedib.