Ankara məhkəməsi FETÖ ilə bağlı qərarını açıqladı

Türkiyədə 2016-cı ilin 15 iyul tarixində dövlət çevirlişinə cəhdlə bağlı FETÖ/PDY qruplaşmasına açılan məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az xəbər verir ki, aralarında Fətullah Gülənin də yer aldığı, 67-si fərari elan edilən 75 məhkumun mühakimə olunduğu prosesdə yekun qərar çıxarılıb.

Ankara Ağır Cinayətlər Məhkəməsi Hidayet Karaca (“Samanyolu”nun rəhbəri), İlhan İşbilen (keçmiş millət vəkili), Alaeddin Kaya (“Zaman” qəzetinin təsisçisi), Kazim Avcı (F.Gülənin qohumu) üçün ömürlük həbs cəzasına qərar verib.

Daha 3 məhkum isə 10 il 6 ay həbs cəzası alıb. Bunlar F.Gülənin vəkili olmuş Abdülkadir Aksoy, digər vəkil Ali Çelik və iş adamı Dilaver Azimdir.

Fərari məhkumların məhkəmə işi isə ayrılıb. Belə ki, aralarında Fətullah Gülən, Osman Hilmi Özdil, Hamdi Akın İpek, Ekrem Dumanlı, Önder Aytaç, Şerif Ali Tekalan, Adil Öksüz və Mahmut Akpınarın da yer aldığı 67 fərari məhkumun işlərinin ayrılmasına qərar verilib.

COP29