!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara Moskva gərginliyi və Bakının barışıq vasitəçiliyi – Bu nə verəcək? 

!Reklam – Yazi

2332“Azərbaycan Rusiya ilə Türkiyə arasında yaranan gərginliyin aradan qaldırılmasına töhvə verə bilər. Çünki bu gərginlik qaldıqca Jirimovski kimi tiplər, Mironov kimi alçaqlar Dumada, mətbuat səhifələrində erməniləri müdafiə etməklə Azərbaycan, həm də Türkiyə üçün ciddi problemlər yaradır. Rusiya ilə Türkiyə arasında gərginliyin düşməsi Azərbaycanın  Dağlıq Qarabağ probleminin həlli üçün də vacib addımlardan biri ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Qabil Hüseynli dedi: “Azərbaycanla Rusiya arasında münasibətlər yaxşıdır. Hər iki ölkə siyasi rəhbərliyi arasında uzun müddətdir, mövcud olan dostluq münasibətləri var. Həmçinin onlar arasındakı münasibətlər strateji xarakter daşıyır. Bu dəyərlərə söykənərək, zənnimcə Azərbaycan siyasi rəhbərliyi də çalışmalıdır ki, Moskva ilə Ankara arasında olan gərginlik aradan qalxsın.

Azərbaycan Moskva ilə danışıb Rusiyanın Türkiyəyə qarşı olan iddialarının, onun əsəblərinin söndürülməsi istiqamətində müəyyən təklif, taktiki addımlarda buluna bilər. Çünki Rusiyanın qaldırdığı iddialar böyük dövlətçilik şovinizminin təzahürüdür və bu iddialar  “Ağam mənə kor deyib, gəlib gedəni vur deyib” prinsipinə əsaslanır. Azərbaycan bu məsələdə Rusiyanın siyasi rəhbərliyini yola gətirməliidr. Rusiya Türkiyə münasibətlərinin yaxşı olması Bakı-Moskva münasibətlərinin yaxşı olmasına təsir edən faktorlardan biridir”.

ELÇİN

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv