Ankarada ağır yol qəzası: 6 nəfər öldü

Ankara şəhərində mikroavtobusla yük maşını toqquşub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib.

Hadisə yerinə xilasetmə və təhlükəsizlik qüvvələri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.