Ankarada Azərbaycana və Qarabağa dəstək konserti keçirilib

Ankarada Azərbaycan ordusuna və Qarabağa dəstək məqsədilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyə Mədəniyyət Nazirliyinin, Türkdilli Ölkələrin Əməkaşlıq Şurasının (TÜRKSOY) və Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Azərbaycanın haqlı mübarizəsinə uğurlar diləyiblər.

Türkiyə-Azərbaycan Dostluq Konsertinin bədii rəhbəri Cem Gurdal bildirib ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratmaq, Azərbaycanın müzəffər ordusunu alqışlamaq və uğurlar diləməkdir.

Tədbirdə türk dünyasının tanınmış müğənnisi Azərinin ifasında zəfər mahnıları şəslənib, ifaçının Azərbaycan ordusunun bugünkü qələbəsini – Ağdərə rayonunun Suqovuşan kəndinin alınması xəbərini verməsi böyük coşqu ilə qarşılanıb.

Dostluq konsertində Türkiyə, Azərbaycan, eləcə də digər türkdilli xalqların mahnıları, rəqsləri ifa edilib./apa/