Ankaranın Poladlı rayonunda əkinçiləri daşıyan avtobus qəzaya uğrayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Poladlı rayonunun icra hakimi Mahmud Nədim Tuncer hadisənin fasiləsiz yağış nəticəsində baş verdiyini bildirib. İlkin məlumata görə, qəza 1 nəfərin ölümünə, 21 nəfərin yaralanmasına səbəb olub.
Yaralılar Poladlı dövlət xəstəxanasına yerləşdirilib.